AZ

Avropa İttifaqı bir sıra ölkələrin Ukraynaya dəstək öhdəliklərinə qoşulmasını alqışlayır

Avropa İttifaqının (Aİ) üzvü olmayan bir sıra ölkələr Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləmək məqsədilə məhdudlaşdırıcı tədbirlər haqqında Aİ Şurasının qərarına qoşulub.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

Onun sözlərinə görə, siyahıya Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç və Ukrayna daxildir.

Şuranın iyulun 18-də qəbul etdiyi qərar Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü pozan və ya təhdid edən hərəkətlərə qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur.

Seçilən
34
report.az

1Mənbələr