AZ

Marketlərdə müəmma: bu məhsullar niyə bahalaşdı? İqtisadçı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son dövrlər ölkədə ərzaqların qiymətində artım müşahidə olunur. Maraqlıdır ki, bahalaşma, demək olar, bütün marketlərdə eyni anda baş verir. Bu isə süni qiymət artımı ehtimalını zəiflədərək, daha ümumi iqtisadi səbəbləri gündəmə gətirir. Ən əsası isə maaş, pensiya və sosial ödənişlərdəki artımla gündəlik istehlak məhsullarının bahalaşması simmetrik olmamasıdır.

Qiymət artımının arxasında hansı faktorlar dayanır və bu tendensiya nə qədər davam edə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, marketlərdə doğrudan da müəyyən artımlar olub.

Onun sözlərinə görə, Azərbaycanda qiymət artımının əsas səbəbi təkcə maaş və təqaüdlərin artırılması deyil:

Həmçinin oxuyun:

Bu məhsul fantastik həddə bahalaşdı – Bazarda qiymət sıçrayışı

“Məsələ ondan ibarətdir ki, ölkənin daxili istehsalı daxili tələbatını tam ödəyə bilmir. Biz idxaldan xeyli asılıyıq və dünyada logistika xərcləri artdıqca, idxal olunan məhsulların qiymətləri də yüksəlir. Nəticədə idxal inflyasiyası Azərbaycana da təsir edir. Bu isə ölkə daxilində qiymət artımına səbəb olur”.

Natiq Cəfərlinin fikrincə, yerli istehsala diqqət ayrılmalıdır:

“Hökumət qiymət artımının qarşısının alınmasını prioritet hədəf kimi müəyyənləşdirməlidir. Bu məqsədlə həm rəqabətli mühiti gücləndirməyə çalışmalı, həm də yerli istehsalı təşviq etməlidir ki, daxili bazarda yerli məhsulların payı artsın”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
50
globalinfo.az

10Mənbələr