Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, digər tərəfdən, bu razılaşmanın ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş verməsi məqamı var:

"Görünür, Nikol Paşinyan Trampla görüşdə müəyyən öhdəliklər üzərinə götürüb, yaxud söz verib. Eyni zamanda, Trampın tarixə düşmək, Nobel Sülh Mükafatı almaq niyyəti var. Bu səbəbdən Azərbaycan Prezidenti orada fikir səsləndirdi ki, Ermənistan rəhbərliyi də razı olsa, Nobel mükafatına Trampın namizədliyi ilə bağlı birgə müraciət edə bilərik. Düşünürəm ki, yaxın zamanda belə bir müraciət imzalanaraq Nobel Komitəsinə göndərilə bilər. Yəni bu baxımdan da Trampın bir gözləntisi var. Ona görə də Ermənistan konstitusiyasında dəyişikliyə ehtiyac var".
Politoloq qeyd edib ki, yekun sülh sazişinin qısa zamanda imzalanması həm də razılaşmadan məmnun olmayan dövlətlərin varlığı səbəbindən vacibdir:
"Yekun sülh müqaviləsi nə qədər tez imzalansa, regionda sülhün bir dəfəlik bərqərar olmasına şərait yaradacaq. Çünki Vaşinqtondakı razılaşmalardan məmnun olmayan region dövlətləri var. Yekun sülh əldə edilsə, hansısa üçüncü tərəflərin regiona müdaxiləsi mümkün olmayacaq.
Ona görə konstitusiyadakı ərazi iddialarının ləğvinə və qısa müddətdə yekun sülhün imzalanmasına ehtiyac var. Prezident İlham Əliyev də ABŞ-də bildirdi ki, əgər vaxtında o ərazi iddiaları ləğv olunsaydı, indi biz Vaşinqtonda yekun sülh sazişini imzalayardıq. Bu da bir ismarıcdır. Bu baxımdan diqqətlər, xüsusən ABŞ-nin diqqətləri Ermənistan rəhbərliyində olacaq".
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
bizim.mediaMakronun lahiyəsinin İFLASI – Aİ missiyasının da fəaliyyəti DAYANDIRILMALIDIR ( 20236692)
-
bizim.mediaMakronun lahiyəsinin İFLASI – Aİ missiyasının da fəaliyyəti DAYANDIRILMALIDIR ( 20236779)
-
bizim.mediaMüharibələri dayandıran LİDER – Tramp Nobel Sülh Mükafatına LAYİQDİR ( 20236233)
-
az.trend.azHazırda dünyada Nobel mükafatına Donald Trampdan daha layiqli siyasi fiqur yoxdur - ŞƏRH ( 20233029)
-
demokrat.azYekun sülh sazişinin qısa zamanda imzalanmasına ehtiyac var — ŞƏRH ( 20227575)
-
moderator.azQüdrət Həsənquliyev: "ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı" - MÜSAHİBƏ ( 20170146)
-
aia.azİlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəklədilər ( 20162238)
-
adalet.azİlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəklədilər ( 20161878)
-
bakivaxti.azİlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəklədilər ( 20161521)
-
demokrat.azİlginc siyasi proqnoz: İlham Əliyev Nobel Sülh Mükafatını Trampdan əvvəl ala bilər ( 20088180)