AZ

“Heç vaxt bununla barışmayacağıq”

“Rusiya heç vaxt rəqiblərinə qarşı təzyiq, şantaj və hədə metodları ilə barışmayacaq və öz təhlükəsizliyini təmin etmək üçün orta və qısamənzilli raketlər sahəsində qabaqlayıcı tədbirlər görəcək”. 

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Orta və qısamənzilli raketlər sahəsində atdığımız addımlar, eləcə də ümumilikdə hərbi quruculuqla bağlı fəaliyyətimiz, təhlükəsizliyimizin təmin olunmasına yönəlib. Biz rəqiblərimizin təzyiq, diktə və şantaj cəhdi kimi qəbul etdiyi addımlara cavab veririk və heç vaxt bununla barışmayacağıq”, - Ryabkov vurğulayıb.

“Ola bilər ki, bizim buna cavabımız gərginliyin artmasına səbəb olur, buna eskalasiya deyirsinizsə, qoy belə olsun. Necə adlandırırsınız, adlandırın. Amma biz heç vaxt eskalasiyanı birinci başlamırıq. Mənim demək istədiyim budur. Elə variantlar olur ki, qabaqlayıcı addım atmaq lazımdır, potensial düşmənin atacağı addımları əvvəlcədən görüb qarşısını almaq lazımdır”, – o əlavə edib.

Seçilən
1
1
operativmm.az

2Mənbələr