AZ

Yerə özündən də qədim METEROİT DÜŞÜB

Yazını böyüt
Yazını kiçilt

Meteorit parçaları ABŞ-ın Atlanta şəhərinin cənubundakı MakDonough qəsəbəsində bir evin damına çırpılaraq tavanda qolf topu böyüklüyündə dəlik açıb və döşəməni də dağıdıb.

Hafta.az-ın yazdığına görə, Corciya Universitetinin Franklin İncəsənət və Elmlər Kollecinin Geologiya Departamentinin tədqiqatçısı Skott Harris parçaları tədqiq edir və meteorun 4,56 milyard il əvvəl əmələ gəldiyinə inanır.

Bu arada, Yerin 4,543 milyard il yaşı olduğu düşünülür.

Parçaları optik və elektron mikroskopiyadan istifadə edərək təhlil edən Harris, meteoritin adi bir aşağı metal kondrit olduğuna inandığını söyləyib.

"O, Marsla Yupiter arasındakı əsas asteroid qurşağındakı asteroid qrupuna aiddir və biz indi hesab edirik ki, təxminən 470 milyon il əvvəl daha böyük bir asteroidin parçalanmasıdır" deyib Harris.

“Lakin bu parçalanma zamanı bəzi fraqmentlər Yerlə üst-üstə düşən orbitlərə daxil olur və kifayət qədər vaxt verilsə, onların Günəş ətrafındakı orbitləri ilə Yerin Günəş ətrafındakı orbitləri eyni anda, eyni yerdə üst-üstə düşəcək”, - o deyib.

Meteoritin çıxardığı səs və vibrasiya yaxın məsafədən eşidilən silah səsinə bərabər idi. Ev sahibi Harrisə hələ də qonaq otağında zərbə nəticəsində kosmik toz hissəcikləri tapdığını söyləyib.

MakDonough adlı meteorit Corcia tarixində tapılan 27-ci meteoritdir.

Seçilən
17
hafta.az

1Mənbələr