AZ

Kür çayının sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Bakı.Trend:

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsininəməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kürçayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsininsahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğulolan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumatagörə, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalaraqulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdanartıq marixuana aşkar olunaraq götürülüb.

F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdəngörünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.

Seçilən
70
28
az.trend.az

10Mənbələr