AZ

Kür çayının sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

BAKI, 11 avqust. TELEQRAF

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf-a məlumat verilib.

Bildirilib ki, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
94
28
teleqraf.com

10Mənbələr