“Strasburq” 19 yaşlı danimarkalı mərkəz müdafiəçisi Lukas Höysberqi “Nordsyelland”dan tamhüquqlu əsasda satın alıb.
Arena.az bu barədə “Strasburq”un mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid fransız klubuna 15 milyon avro məbləğ müqabilində başa gəlib.
Lukas Höysberq “Nordsyelland”ın məzunudur. Futbolçu, karyerası ərzində ancaq doğma klubu üçün çıxış edib, ümumilikdə “vəhşi pələnglər” üçün 36 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Lukas Höysberq 2025-ci ilin iyun ayınında debüt etdiyi Danimarka yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 19 yaşlı danimarkalı mərkəz müdafiəçisinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.
