Nigeriya ordusu ölkənin Zamfara əyalətində silahlı qruplaşmalara qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
Məlumata görə, havadan və qurudan aparılan əməliyyatlar zamanı silahlı qruplaşmanın 100-dən çox üzvü, o cümlədən lideri öldürülüb.