AZ

Avstraliya Fələstin dövlətini tanıyacaqmı?

Avstraliya

Avstraliya hökuməti yaxın günlərdə Fələstin dövlətini tanımağı planlaşdırır. Bu barədə Sydney Morning Herald qəzeti etibarlı mənbələrə istinadən xəbər verir.Məlumata görə, Avstraliyanın baş naziri Entoni Albanese Kanberranın Fələstin dövlətini tanımaq niyyətini açıqlamağa hazırlaşır. Bu səbəbdən nazirlər kabineti qərarın qəbul olunması üçün yaxın günlərdə iclas keçirəcək.Avqustun 10-da xəbər verildiyi kimi, Fələstin Milli İdarəsi sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında tək tərəfli qaydada Fələstin dövlətinin elan olunmasını müzakirə edir.İyulun 29-da isə Böyük Britaniyanın baş naziri Kir Starmərin ofisi bəyanat yayıb, Londonun sentyabrda BMT Baş Assambleyasının sessiyası başlamazdan əvvəl Fələstin dövlətini tanımağı nəzərdən keçirəcəyi bildirilib.Ulusum.az

Diqqət Çəkənlər

Rusiya ordusunun itkiləri artır

Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO

Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO

Seçilən
15
ulusum.az

1Mənbələr