AZ

Nigeriya ordusu 100-dən çox cinayətkarı zərərsizləşdirib  

Nigeriya ordusu Zamfara əyalətindəki əməliyyatlar zamanı quldur dəstələrinin 100-dən çox  üzvünü zərərsizləşdirib. Bu barədə “Fansan Yamma” əməliyyatının qərargahından məlumat verilib.

Əməliyyatda cinayətkarların mövqelərinə havadan və qurudan koordinasiyalı zərbələr endirilib, 100-dən çox dəstə üzvü, o cümlədən bir neçə dəstə lideri öldürülüb.

Zamfara əyaləti son vaxtlar silahlı bandaların fəaliyyətinin mərkəzinə çevrilib və bu, təhlükəsizliyin gücləndirilməsinə çağıran sakinlər arasında gərginliyin və etirazların artmasına səbəb olub.

Nigeriya silahlı dəstələrin, eləcə də İŞİD (ISWAP) və Boko Haram kimi terror təşkilatlarının təhdidləri ilə üzləşməkdə davam edir.

Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, dəstələr mütəmadi olaraq şimal bölgələrində kəndlərə, məktəblərə və səyahətçilərə hücum edərək fidyə tələb edir.

Rizvan CƏFƏROV,

Azərbaycan

Seçilən
111
azerbaijan-news.az

1Mənbələr