Vaqan Kostanyanın İrana təcili səfəri gözlənilir...
Ermənistan xarici işlər nazirinin müavini Vaqan Kostanyan sabah Tehrana səfər edəcək.
Poliqon xəbər verir ki, bu barədə “NEWS.am”a Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Qeyd edək ki, 10 avqust tarixində İran xarici işlər naziri Abbas Ərakçi də mətbuata verdiyi açıqlamada Ermənistan XİN rəhbərinin müavininin yaxın günlərdə Tehrana gələcəyini bildirmişdi. Səfərin məqsədi barədə əlavə rəsmi açıqlama verilməsə də, müşahidəçilər bunun iki ölkə arasında ikitərəfli əlaqələrin və regional məsələlərin müzakirəsi ilə bağlı olduğunu ehtimal edirlər.
Poliqon.info