AZ

Rumıniyalı müəllimlər maaşlara görə tətil edəcəkləri ilə hədələyirlər

Sentyabrda Rumıniyada müəllim və mühazirəçilərin etiraz aksiyaları keçirilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayaıb. 

Ölkənin təhsil naziri Daniel David bildirib ki, təhsil sisteminin büdcəsində bütün tədris ili üçün maaş və təqaüdləri ödəmək üçün vəsait yoxdur. Maliyyə Nazirliyinin ayırdığı maliyyə xərclərin ancaq bir hissəsini əhatə edir. Dövlət büdcəsi dəqiqləşdirildikdən sonra əlavə vəsaitin ayrılması barədə qərar qəbul edilməlidir.

Onun sözlərinə görə, narazı müəllimlər artıq müraciətlər göndərir və o da bunları baş nazirə ünvanlayır.

Rumıniyada büdcə kəsirinin azaldılması üzrə tədbirlər paketi avqustun 1-dən qüvvəyə minib: ƏDV-nin 21%-ə qədər artırılması, yanacağa, alkoqol və siqaretə aksiz vergilərinin 10%-ə qədər artırılması, pensiyaçılar üçün tibbi yardımın tətbiqi və dövlət sektoru işçilərinin maaşlarına məhdudiyyət qoyulması da paketə daxildir. Baş nazir İlie Bolojan daha əvvəl izah edib ki, ölkə çətin iqtisadi vəziyyətdədir.

Seçilən
2
ikisahil.az

1Mənbələr