AZ

"Liverpul" "Brentford"un müdafiəçisini transfer etməyə hazırlaşır

"Liverpul" "Brentford"un müdafiəçisi Natan Kollinzlə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda "Football Insider" məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızılar” müdafiənin mərkəzi üçün yeni futbolçu axtarır. Eyni zamanda, "Brentford" 24 yaşlı irlandiyalını buraxmaq fikrində deyil.

Kollinz 2024/25 mövsümündə 42 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Brentford" ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 28 milyon avro qiymətləndirir.

Seçilən
28
operativmedia.az

1Mənbələr