AZ

Tramp Meksika kartellərinə qarşı “müharibə” elan edib

ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərinə qarşı hərbi güc tətbiqini nəzərdən keçirir.

"Cebheinfo.az" xəbər verir ki, “Washington Post” qəzetinə danışan amerikalı rəsmilərə görə, variantlar arasında dəniz donanması gəmilərindən kartellərə və narkotik infrastrukturuna raket zərbələrinin endirilməsi, həmçinin pilotsuz uçuş aparatları ilə dəqiq əməliyyatların keçirilməsi yer alır.

Söhbət mövzusu olan planlar, ABŞ Prezidenti Donald Trampın vəzifəyə başladıqdan qısa müddət sonra 8 narkotik kartelini “xarici terror təşkilatı” elan etməsi ilə əlaqələndirilir.

“New York Times” qəzetinin məlumatına görə, ötən cümə günü gizli şəkildə bir göstəriş imzalayan Tramp, Meksika üzərində və ABŞ ordusunun minlərlə əsgər yerləşdirdiyi cənub sərhədində pilotsuz uçuş aparatları ilə müşahidə uçuşlarını da artırıb.

ABŞ donanması isə Meksika yaxınlığındakı sahil sularında əlavə patrul xidməti həyata keçirmək üçün hərbi gəmilər göndərib. ABŞ əsgərinin Meksika ərazisinə daxil olması gündəmdə deyil.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr