AZ

Ukrayna və Aİ ABŞ-Rusiya razılaşmasının bir hissəsi olmalıdır – Kaja Kallas

“ABŞ və Rusiya arasında hər hansı razılaşma Ukrayna və Aİ-ni də əhatə etməlidir”.

Bakues.az “BBC”yə istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.

O, növbəti addımları müzakirə etmək üçün Aİ xarici işlər nazirlərinin onlayn iclasını çağıracağını söyləyib.

“ABŞ və Rusiya arasında hər hansı bir razılaşmaya Aİ və Ukrayna daxil olmalıdır. Çünki söhbət Ukraynanın və bütün Avropanın təhlükəsizliyindən gedir”, – Kallas bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin avqustun 15-də ABŞ-nin Alyaska ştatında Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəklər. Bu, iki lider arasında 2021-ci ildən bəri ilk danışıqlar olacaq.

Asim

Seçilən
30
50
icma.az

10Mənbələr