Fransada banklarda, həyat sığortalarında və uzun müddət işlənməyən yığım hesablarında unudulmuş ümumilikdə 7 milyard avro vəsait var.
News24.az xəbər verir ki, bu pullar “Cyclade” platformu üzərindən sadə sorğu ilə yoxlanıla bilər. On ildən çoxdur hərəkətsiz qalan hesablar hazırda "Caisse des Dépôts" tərəfindən saxlanılır.
Ötən il 94 min nəfər özünə aid unudulmuş hesab tapıb, orta hesabla 1.573 avro geri alınıb. Qanuna görə, sahibkar və ya varislər 30 il ərzində pulu tələb etməsə, məbləğ birbaşa dövlətə keçir. Mütəxəssislər vaxtaşırı yoxlama aparmağı tövsiyə edir.
Xeyrənsə Piriyeva