AZ

Bakıda tamah niyyəti ilə törədilən qətl hadisəsi üzrə iki şəxs həbs edilib

Bakı.Trend:

Avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci iltəvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədərayon prokurorluğuna məlumat daxil olub.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində FazilFeyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyətiilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətləyetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətməkməqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsurayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyənedilib.

Qeyd edilib ki, faktla bağlı Nəsimi rayon prokurorluğundaCinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adamöldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamıöldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələriilə cinayət işi istintaq olunur.

Məlumata görə, toplanmış sübutlar əsasında Fazil Feyzullayev vəÜlvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaqorqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı iləhəbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq aparılır.

Seçilən
88
27
az.trend.az

10Mənbələr