Bakı,11 avqust, AZƏRTAC
İtaliyanın “Milan” komandası futbolçusu Malik Tşau ilə yollarını ayırıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçi İngiltərənin “Nyukasl” klubuna keçib.
Almaniya millisinin sabiq üzvü müqavilə bağlamaq üçün artıq İngiltərəyə yollanıb. Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Malik Tşau 2022-ci ildən “Milan”da çıxış edirdi.