AZ

"Grok" Teylor Svifti soyundurdu

Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın təqdim etdiyi yeni süni intellekt əsasında video yaratma aləti “Grok Imagine” qalmaqala səbəb olub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, "Grok"-un “Spicy” adlı funksiyası istifadəçilərə açıq məzmun yaratmağa imkan verir.

Lakin proqram müğənni Teylor Sviftin icazəsi olmadan onun yarıçılpaq görüntülərini yaradıb. Hazırlanan videolarda Sviftin paltarını cırması və alt paltarında rəqs etməsi təsvir olunub.

Müğənni məsələ ilə bağlı hələ açıqlama verməyib.

Seçilən
48
4
publika.az

10Mənbələr