AZ

Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırıldı - SİYAHI

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb.
 
Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
 
Moderator.az xəbər verir ki, modern.az saytı ötən illə builki ixtisas seçiminin müqayisəsini apararkən maraqlı məlumata şahid olub.
 
Araşdırma zamanı məlum olub ki, bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.
 
Belə ki, "Abituriyent" jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib.
 
Beləliklə, rus dili bölməsinə qəbulu dayandıran universitetlərin siyahısını təqdim edirik:
 
I qrup üzrə
 
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
Dövlət Dəniz Akademiyası
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)
"Azərbaycan" Universiteti
 
II qrup üzrə
 
Azərbaycan Texniki Universiteti (AzTU)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Dövlət Turizm və Menecment Universiteti
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
"Azərbaycan" Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti
 
III qrup üzrə
 
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Milli Aviasiya Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
"Azərbaycan" Universiteti
Bakı Avrasiya Universiteti
 
IV qrup üzrə
 
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Tibb Universiteti (ATU)
Bakı Mühəndislik Universiteti (BMU)
Naxçıvan Dövlət Universiteti (NDU)
Gəncə Dövlət Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)
 
V qrup üzrə
 
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Bakı Mühəndislik Universiteti
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Texnologiya Universiteti
Seçilən
60
39
moderator.az

10Mənbələr