Səudiyyə Ərəbistanının "Əl Nassr" klubu İspaniyanın "Barselona" klubundan ayrılan İniqo Martinezi heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Əl Nassr" klubu "Barselona" ilə müqaviləsi bitən və azad agent olan ispan futbolçu Martinezlə bir illik müqavilə imzaladığını açıqlayıb.
Martinez "Barselona"da karyerası ərzində 71 oyun keçirib və 3 qol vurub.
Fərid
MİA.AZ