AZ

Zəngilanda yanğın törədən şəxs saxlanılıb FOTO

Zəngilanda yanğın törədən şəxs saxlanılıb

Polis əməkdaşları avqustun 10-da Zəngilan şəhərində yanğın törədən şəxsin kimliyini müəyyən ediblər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırma zamanı yanğına 1985-ci il təvəllüdlü Vüsal Alpanahov tərəfindən ehtiyatsızlıqdan səbəb olduğu məlum olub.

Hadisə nəticəsində 5 min hektar sahədə biçilmiş taxıl və kol-kos yanıb.

Hadisəni törətmiş V.Alpanahov saxlanılıb. Onun barəsində inzibati tədbirlər görülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
6
anspress.com

1Mənbələr