AZ

İordaniya Kralı Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Avqustun 11-də İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn AlHüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.

Trend xəbər verir ki,İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülhgündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr iləəlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına təbrikləriniçatdırıb, bu razılaşmaların regionda davamlı sülhün,təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmətedəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını ifadəedərək, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə AzərbaycanlaErmənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh vədövlətlərarası münasibətlərin yaradılmasına dair sazişinparaflanmasının və digər sənədlərin regionda sülhün təmin olunmasıbaxımından vacibliyini vurğulayıb. Prezident İlham ƏliyevAzərbaycanla Ermənistanla arasında münasibətlərinnormallaşdırılmasında Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Trampın xüsusi rolunu qeyd edib.

Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasındaikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcudvəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdəəməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Seçilən
17
49
az.trend.az

10Mənbələr