Triatlon üzrə Azərbaycan milli komandasının baş məşqçisi, eyni zamanda hakim kimi fəaliyyət göstərən Balaheydər Kərimov ilk dəfə beynəlxalq yarışa təyinat alıb.
Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, o, Rumıniyanın İzvorani şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda debüt edib.
B.Kərimov beynəlxalq arenada fəaliyyətə hazırlıq məqsədilə iyunun 7-8-də Bişkekdə Qırğızıstan Triatlon Federasiyası və Asiya Triatlonunun təşkilatçılığı ilə keçirilən beynəlxalq hakimlik kursunu uğurla başa vurub.
“Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə Azərbaycanı daha çox beynəlxalq yarışda layiqincə təmsil etməyə çalışacağam,” – deyə Balaheydər Kərimov bildirib.