AZ

Özbəkistan və Qırğızıstan Qazaxıstana 600 milyon kubmetr su verəcək

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan və Özbəkistan şimal qonşuları Qazaxıstana 600 milyon kubmetr su verəcək.

Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstan baş nazirinin müavini Qanat Bozumbayev məlumat verib.

Bozumbayevin sözlərinə görə, bu il bütün Orta Asiyada quraqlıq olub. Türküstan və Qızılorda vilayətlərini su ilə təmin edən Sırdərya çayının əsas hövzəsi adi haldan 30-40 faiz az su alır. Anormal istilər səbəbindən kənd təsərrüfatına tələbat artıb, lakin mövcud su həcmi kifayət etmir.

Qazaxıstanın baş naziri Oljas Bektenov Qırğızıstan və Özbəkistan nümayəndələri ilə su qıtlığının aradan qaldırılması məsələsini müzakirə edib.

“Keçən həftə onlar (Özbəkistan və Qırğızıstan) bizə su vermək üzrə qrafikdən bir milyard kubmetrdən çox geri qalıblar. Müqaviləyə uyğun olaraq, bu həftədən başlayaraq yaxın iki həftə ərzində rayonumuza 600 milyon kubmetrə yaxın su yönəldiləcək. Vegetasiya mövsümümüz avqustda başa çatacaq. Vəziyyətin gərginliyinə baxmayaraq, bu dövrü itkisiz keçirməyə çalışacağıq. Mən şəxsən Türküstan bölgəsini gəzdim, bir çox rayonlarda, su anbarlarında oldum, fermerlərlə görüşdüm. Demək olar ki, suvarma suyundan istifadə edən bütün rayonları gəzdim, Qızılorda vilayətinə də baş çəkdim. Vəziyyət mürəkkəbdir, lakin bundan da çətin illər olub”, - Bozumbayev bildirib.

Onun sözlərinə görə, əkin sahələrinin suvarma suyu ilə təmin olunması baxımından heç bir problem yaşanmayacaq.

Seçilən
22
hafta.az

1Mənbələr