AZ

Balıkesirdə zəlzələdən sonra 237 afterşok qeydə alınıb

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6.1 bal gücündə zəlzələdən sonra 237 afterşok qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) bildirib.

Məlumata görə, onların bir neçəsinin gücü 4 baldan yuxarı olub. 16 bina dağılıb, 68 məhəllə zərər çəkib. Dağıntılar altından çıxarılan 81 yaşlı Nihat Önbaş həyatını itirib.

 

Ümumilikdə 52 nəfər xəsarət alıb, onlardan 11 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, avqustun 10-da axşam saatlarında Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda zəlzələ baş verib. Zəlzələnin maqnitudası 6.1 bal, dərinliyi isə 11 km olub. Təkanlar İstanbul da daxil olmaqla Mərmərə və Egey bölgələrində bir çox şəhərdə hiss olunub.

Seçilən
24
5
day.az

6Mənbələr