AZ

Departament rəhbərininin qatili hadisə yerində nəyi unudub? - Tükürpədən cinayətin ŞOK DETALLARI...

Bir qadın amasızlıqla qətlə yetirlir, üstündən günlər keçsə də cinayət açılmır. Bir gecə saat 3-də müstəntiq hadisə yerindən keçərkən qətlin törədildiyi evə təkrar baxış keçirmək istəyir. Açarı qapıya salmaq istəyəndə görür ki, ondan əvvəl hadisə yerinə gələn var və bu adam qapını açarla yox, başqa bir alətlə açıb…

Referans xəbər verir ki, salyanlı bir qız olub. Bakıya arzularının ardınca gəlmişdi. Əslində arzusuna çatmış da hesab oluna bilərdi. ÇÜnki artıq məşhur sığorta şirkətində rəhbər vəzifədə idi. Atası dənizçi, anası tibb bacısı idi. Özündən 2 il balaca bacısı evlənsə də, BDU-nin beynəlxalq münasibətlər fakültəsini bitirən 30 yaşlı Natəvan isə hələki karyerası barədə düşünürdü. Səhər iş, axşam ev rejimində olan xanım hər gün işində bir az da yüksəlirdi. Maddi imkanları da düzəlməkdə idi. Onu hər səhər şirkətin maşını işdən götürür, axşam da gətirib qapısında düşürürdü. Artıq sığorta şirkətinin idarə heyətinin üzvlərindən idi. Lakin bir gün qəribə bir hadisə baş verir. 2014-cü ilin iyul ayının 11-də onu evindən götürən sürücü Natəvana nə qədər zəng eləsə də, zəngə cavab verən olmur. Belə olduqda sürücü şirkətə məlumat verir, şirkətdən Natəvanın bacısına deyirlər ki, Natəvan xanım məlumat vermədən işə gəlməyib və telefonunu da götürmür.

Belə olduqda bacısının yoldaşı FHN əməkdaşları ilə qapıya yaxınlaşır, zəngin səsi gəlir, amma cavab verənin olmadığını gördükdə mətbəxin pəncərəsindən içəri daxil olurlar. Görürlər ki, Natəvan qonaq otağında hərəkətsiz halda qalıb. Kimsə onu bıçaqlayaraq amansızcasına öldürmüşdü.


Daha ətraflı videoda:



Seçilən
44
referans.az

1Mənbələr