AZ

Türkiyədə zəlzələdən sonra bölgədə 237 yeraltı təkan qeydə alınıb

BAKI, TurkicWorld

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 81 yaşlı bir vətəndaş xilas edilsə də, bütün müdaxilələrə baxmayaraq vəfat edib. Ümumilikdə 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, lakin yaralıların həyati təhlükəsi yoxdur.

Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu sosial media üzərindən açıqlamasında 4 yaralının müalicəsinin xəstəxanalarda davam etdiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.

Zəlzələ nəticəsində 68 kənddə 16 bina dağılıb, lakin içərisində insan olan 4 binadan sakinlər sağ-salamat xilas ola biliblər.

Türkiyə Çevrə və Şəhərsalma Naziri Murat Kurum bildirib ki, əraziyə göndərilən qruplar hasar tespiti işlərinə başlayıb və hər bir məlumat diqqətlə dəyərləndirilir.

AFAD isə vətəndaşlara zədələnmiş binalara daxil olmamağı, yalnız rəsmi mənbələrə etibar etməyi və mümkün qədər SMS və internet əsaslı mesajlaşma vasitələrindən istifadə etməyi tövsiyə edib.

AFAD, zəlzələdən dərhal sonra “Türkiyə Fəlakətlərlə Müdaxilə Planı” (TAMP)-ın aktivləşdirildiyini, müxtəlif bölgələrdən yardım və axtarış-xilasetmə qruplarının əraziyə cəlb edildiyini bildirib.

Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Burhanettin Duran, dezinformasiyaya qarşı xəbərdarlıq edərək, yalnız rəsmi məlumatlara etibar edilməsinin vacibliyini vurğulayıb.

Seçilən
12
turkic.world

1Mənbələr