AZ

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:30-dan həmin küçənin müəyyən hissəsinə suyun verilməsində fasilə yaranıb.

Bildirildiyinə görə, təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa olunacaq.

"Cebheinfo.az"

Seçilən
13
2
cebheinfo.az

3Mənbələr