BAKI, 11 avqust. TELEQRAF
"Cenoa"nın futbolçusu Koni De Vinter İtaliyada klubunu dəyişəcək.
Teleqraf məşhur insayder Nikolo Şiraya istinadən xəbər verir ki, belçikalı müdafiəçi "Milan"a keçməyə yaxındır.
"Rossoneri"lər 23 yaşlı oyunçu üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək. De Vinter yeni klubu ilə 5 illik müqavilənı razılaşdırıb.
Qeyd edək ki, Koni de Vinter 2023-cü ildən "Cenoa"nın şərəfini qoruyur. O, "Yuventus"un yetirməsidir.