AZ

Onlayn sifariş etdiyi krem həyatını qaraltdı - 4 gün komada qaldı

Van şəhərində yaşayan 21 yaşlı D.K., sosial şəbəkədən “dərini ağardır, sızanaq izlərini yox edir” iddiası ilə təqdim olunan bir kremi onlayn sifariş edib. Kremi üzünə və bədəninə çəkdikdən az sonra onda şişkinlik, yanma və qızartı yaranıb.


Manset.az-ın türk mediasına istinadən məlumatına görə, ailəsi tərəfindən Van Yüzüncü Yıl Universiteti Tibb Mərkəzinə çatdırılan D.K. 4 gün reanimasiyada saxlanılıb. Vəziyyəti sabitləşdikdən sonra dermatoloji şöbəyə köçürülüb. Kremin təsirindən bədənində yaralar və ləkələr yaranıb.

Dermatoloq Prof. Dr. Hatice Uce Özkol vətəndaşlara xəbərdarlıq edib:

“İnternetdən alınan dərini ağardan kremlərə etibar etməyin. Bu məhsullar həyati təhlükəyə səbəb ola bilər. Dəri problemləri üçün mütləq dermatoloqa müraciət edin.”

Seçilən
40
34
manset.az

10Mənbələr