Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaş qəbulu keçirəcək.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, sözügedən tarxidə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayon sakinlərinin qəbulu keçiriləcək.