AZ

Tanınmış rusiyalı aparıcı AXTARIŞA VERİLDİ

Rusiyalı teleaparıcı və Dövlət Dumasının deputatı Anatoli Vasserman Ukraynada axatışa verilib.

Bizim.Media xəbər verir ki, Bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin bazasında yer alıb.

Məlumata görə, Vasserman 2022-ci ildən Ukraynada axtarışdadır. 
 

Bildirilib ki, Vasserman 2022-ci ilin aprelində axtarışa verilib. O, 2017-ci ildə Rusiya vətəndaşlığı alıb. Ukraynada ona qarşı separatçılıq maddəsi üzrə cinayət işi açılıb. Həmçinin Vasserman “Mirotvorets” adlı radikal internet resursunun siyahısında yer alır.


Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iyulun 21-də Rusiyanın Xalq artisti, müğənni Oleq Qazmanovu axtarışa verdiyini açıqlayıb. Ukrayna hüquq-mühafizə orqanları ona qarşı qiyabi həbs qətimkan tədbiri də seçib.

Bizim.Media

Seçilən
151
50
bizim.media

10Mənbələr