Ölkə ərazisində vahid parklanma xidməti - Azparking fəaliyyət göstərsə də, şəhərin mərkəzində buna məhəl qoyan yoxdur.
Operativ Media xəbər verir ki, sürücülər üçün 1 və 6-cı günlər 22:00 və 07:00 arası parklanma xidməti tamamilə ödənişsizdir.
Eyni zamanda, bazar günləri ölkə ərazisində parklanma pulsuzdur. Amma AYNA-nın sürücülər üçün ayırdığı yerlərdə fərqli mənzərələr yaranıb.
Demək olar ki, sürücülər bazar günləri avtomobillərini ödənişsiz park edə bilmirlər. "Azparking"in ərazilərində naməlum şəxslər peyda olur. Onlar bazar günləri buraya baxdıqlarını bildirib sürücülərdən pul tələb edirlər. Bütün bunlar isə şəhərin mərkəzində, 28 may, Gənclik və Nərimanov ərazilərində baş verir.
Görünən odur ki, bu şəxslərə qarşı heç bir reyd keçirilmir və tədbir görülmür. AYNA və parklanmadan məsul olan "Azparking" sürüclərin ödənişsiz parklanma rahatlığını da təmin etməlidir. Sürücülərdən qanunsuz pul tələb edən "parkovşik"lər qanunla məsuliyyətə cəlb olunmalıdırlar.
Amma AYNA sürücləri bu şəxslərə pul verməməyə çağırmaqdan başqa heç bir əməli addım atmır.