
Avstraliyanın baş naziri Entoni Albanese bildirib ki, ölkəsi sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq.
Reyting.az-ın məlumatına görə, baş nazir əlavə edib ki, bölgədə sülh olmalıdır.
"İsrail və Fələstinin dövlət statusu qalıcı olunmayana qədər, sülh yalnız müvəqqəti ola bilər", - baş nazir qeyd edib.
Onun sözlərinə görə, Avstraliya Fələstin xalqının öz dövləti hüququnu tanıyacaq.
İsrail Qəzzanı bombardman etməyə başlayandan bəri bir çox ölkə, o cümlədən Fransa, Böyük Britaniya və Kanada Fələstinin dövlətçiliyini tanımaq planlarını açıqlayıb.
Albanese Fələstin Administrasiyasından “HƏMAS-ın gələcək Fələstin dövlətində heç bir rol oynamayacağına” dair zəmanət aldığını bildirib.
O əlavə edib ki, bir fürsət yaranıb və Avstraliya bu fürsətdən istifadə etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacaq.
ELÇİN