AZ

Hamiləlikdə yorğunluqla mübarizənin kiçik sirləri

Hamiləlik dövründə baş verən fiziki və hormonal dəyişikliklər, şişkinlik tez-tez yorğunluq hissinə səbəb ola bilər. Xüsusilə hamiləliyin ilk və son üç ayında bu hal daha çox hiss olunur.


Pravda.az bildirir ki, sadə gündəlik vərdişlərlə bu yorğunluq azaldıla bilər.


Balanslı qidalanma: Bədənin enerji ehtiyacını ödəmək üçün sağlam qidalar qəbul edilməli, emal olunmuş məhsullar və şəkərli qidalar məhdudlaşdırılmalıdır.


Bol maye qəbulu: Gün ərzində kifayət qədər su içmək həzm sistemini dəstəkləyir, qəbizlik və ödəm riskini azaldır. Kofein istifadəsini məhdudlaşdırmaq da faydalıdır.


Yuxu rejimi: Rahat yuxu üçün yastıq dəstəyi, ilıq duş və bitki çayları köməkçi ola bilər.


Stresin idarəsi: Meditasiya, nəfəs məşqləri və sakitləşdirici musiqilər həm ananın, həm də körpənin sağlamlığına müsbət təsir göstərir.


Əminə Bayramova 

Tarix: 11 Avqust 2025, 10:37   
Seçilən
33
pravda.az

1Mənbələr