Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, əvvəlki dövrlərdə onlar Fransa və Bayden adminstrasiyanın dəstəyi ilə sülh danışıqları prosesini uzatmağa çalışır və beləliklə gələcəkdə Ermənistan lehinə geosiyasi zəminin formalaşacağına ümid edir, işğalçılıq niyyətlərini saxlayırdılar:
"Azərbaycan liderinin apardığı siyasət Ermənistanın bütün kartlarını əlindən aldı. Eyni zamanda Azərbaycanın Tramp höküməti ilə münasibətlərini yüksək səviyyəyə çatdırması, Ermənistanın Fransadan dəstəyinin kəsilməsi və Bayden adminstrasiyası ilə əməkdaşlığının iflasa uğraması Ermənistanı çarəsiz duruma saldı".
Əli Zülfüqaroğlu qeyd edib ki, Ermənistan üzərinə düşən öhdəlikləri həyata keçirməyə çalışmasa, bu, ABŞ və Donald Trampa qarşı hörmətsizlik olacaq:
"Əlbəttə ki, bu razılığı pozmağa yönəlik cəhdlər ola bilər. Lakin Azərbaycanın şərtlərinin ABŞ tərəfindən də qəbul edilməsi, bu ölkənin vasitəçi olması o deməkdir ki, Ermənistan bundan sonra üzərinə götürdüyü öhdəliklərlə bağlı hər hansı manipulyativ cəhdlər etsə, bu, Ermənistan üçün daha ciddi problemlər doğura bilər. Ermənistan rəhbərliyi də bunu çox yaxşı başa düşür. Hesab edirəm ki, Ermənistan üzərinə düşən öhdəyilin tez bir zamanda həyata keçirilməsinə nail olmalıdır".
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
nuh.azAzərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq ( 20244924)
-
adalet.azİki ölkə arasında diplomatik münasibətlər qurulacaq ( 20243715)
-
az.trend.azAzərbaycan–ABŞ münasibətlərində yeni mərhələ və Cənubi Qafqazda sülhün bərqərar olunması ( 20242983)
-
aznews.azErmənistan Trampa sayğıda qüsur etməməlidir - ŞƏRH ( 20242617)
-
qht.azAzərbaycan və Ermənistan arasında SÜLH SAZİŞİ yayıldı - TAM MƏTN ( 20242410)
-
ekologiya.azAzərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq ( 20241729)
-
missiya.azAzərbaycan və Ermənistan arasında SÜLH SAZİŞİ yayıldı! İllərlə gözlədiyimiz MƏTN tam halında burada ( 20241705)
-
referans.azRegion "ƏL DƏYİŞDİRİR": Azərbaycan, ABŞ, Ermənistan üçlüsü - Bəs Rusiya NƏ EDƏCƏK? ( 20240877)
-
ikisahil.azErmənistan nə qədər tez addımlar atsa... ( 20240652)
-
banker.azAzərbaycan və Ermənistan keçmiş SSRİ dövründəki sərhədlərini tanıyacaqlar ( 20239944)