AZ

Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək?

Bakı. Trend:

2025-ci ilin 8 avqustu Cənubi Qafqazın siyasi xəritəsinin arxivtozundan çıxıb yeni dövrün təzə çəkilmiş planına çevrildiyi günkimi tarixə düşəcək. Ağ Evdə eyni masa arxasında təkcə regionundeyil, qlobal nizamın da gedişatını müəyyən edən üç siyasi fiqurtoplaşdı - ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlhamƏliyev və Ermənistanın baş naziri Nikol Paşinən.

Bu, sadəcə əl sıxma mərasimi və diplomatik ifadələr mübadiləsideyildi: həmin gün dünya konkret infrastruktur layihələri,beynəlxalq müşayiət zəmanətləri və dəqiq icra qrafiki iləmöhkəmləndirilmiş yeni “sülh çərçivəsi” barədə xəbər eşitdi.

Sənəd simvolizmin hüdudlarını aşaraq strateji bələdçiyəçevrildi. Burada artıq indidən gələcək nəqliyyat dəhlizlərininmarşrutları, enerji xətləri və regiondakı qüvvələr balansınıdəyişməyə qadir nəzarət mexanizmləri nəzərdə tutulur. Fəqət bundanda güclü siyasi mesaj Vaşinqtonun 907-ci düzəlişin qüvvədən kənaredilməsini uzatmaq qərarı oldu - elə həmin “waiver” ki, praktikolaraq ABŞ hökumətinin Azərbaycan hökumətinə birbaşa dövlət yardımıgöstərməsinə qoyulmuş qanuni qadağanı aradan qaldırır. Üstəlik, buaddım nümayişkaranə şəkildə, Prezident İlham Əliyevin ABŞ-yə səfərifonunda, kameralar qarşısında və hər bir jestin, hər bir sözündəqiqliklə hesablandığı zalda atıldı: artıq Azərbaycan regionalsabitlik arxitekturasında tərəfdaş kimi qəbul edilir, keçmişinşərti sanksiya mexanizmlərinin obyekti kimi yox.

Bu addımın miqyasını anlamaq üçün xatırlatmaq lazımdır ki,907-ci düzəliş 24 oktyabr 1992-ci il tarixli ABŞ qanunu - "AzadlığaDəstək Aktı"nın (Freedom Support Act, FSA) bir hissəsidir vəpostsovet məkanında yalnız bir ölkəyə qarşı qanunvericidiskriminasiyanın unikal nümunəsi hesab olunur. O, Azərbaycanıistisna edərək hər hansı yardımı qadağan edir, yalnız kütləviqırğın silahlarının yayılmamasına dair proqramlar bundan kənartutulurdu. Qadağa, ABŞ prezidentinin Konqresə “AzərbaycanınErmənistan və Qarabağa qarşı blokadaları və digər hücum xarakterligüc tətbiqlərini dayandırmaq üçün atdığı nümayişkaranə addımlar”barədə məlumat verəcəyi vaxta qədər qüvvədə qalmalı idi.

11 sentyabr 2001 hadisələrindən sonra Vaşinqton yanaşmanıdəyişdi: 2002-ci ildən başlayaraq prezidentə, dörd şərt yerinəyetirildiyi halda, düzəlişin tətbiqini hər il dayandırmaqsəlahiyyəti verildi. Bu şərtlərə Azərbaycanın beynəlxalq terrorizməqarşı mübarizəyə və sərhəd təhlükəsizliyinə töhfəsi, həmçininErmənistana ziyan vurulmaması daxil idi. Ardınca Konqresləməsləhətləşmələr, yardımın bölgüsü, hərbi balans və danışıqlarprosesinə təsir barədə məcburi hesabatlar gəlirdi. İki onillikərzində bütün ABŞ prezidentləri - siyasi mənsubiyyətindən asılıolmayaraq - bu “waiver”i imzaladılar, Bakının ABŞ maraqları üçünəhəmiyyətini təsdiqlədilər.

ABŞ Hesablama Palatasının məlumatına görə, 2002–2020-ci illərdəAzərbaycan təxminən 808 milyon dollar yardım aldı, onun 164 milyonuyalnız prezidentin bu istisna səlahiyyəti sayəsində mümkün olan“təhlükəsizlik” istiqamətlərinə sərf olundu. Məhz buna görə 2025-ciil avqustun 8-i sadəcə diplomatik təqvimdə bir tarix deyil. Bu,köhnə baryerlərin yeni etimad səviyyəsinə yol verdiyi, CənubiQafqazın isə Vaşinqtonun Bakıyla strateji tərəfdaşlıq qurmağa sözdədeyil, real layihələr və siyasi təminatlar əsasında hazır olduğununümayiş etdirdiyi məqamdır.

2023-cü ilin payızında Vaşinqtonda siyasi barometrin oxu sankişimal-qərb küləklərinin soyuğunda donub qalmışdı. ABŞ DövlətDepartamenti açıq mətnlə bildirirdi: “Vəziyyət yaxşılaşmayıncawaiver təqdim etməyi planlaşdırmırıq”, bununla da yeni büdcədövründə 907-ci düzəlişin tam qüvvəyə qayıtması üçün zəminhazırlayırdı. Senat daha da irəli gedərək 2023-cü il “ArmenianProtection Act” - S.3000 qanun layihəsini təsdiqlədi. Bu sənədadministrasiyanı 2024–2025-ci illərin vəsaitləri üzrə waiverhüququndan məhrum edirdi. 2024-cü ildə Nümayəndələr Palatasındabunun güzgü versiyası olan H.R.7288 layihəsi ortaya çıxdı. Hərçəndbu təşəbbüslər qanuna çevrilmədi, onların sinxron irəli sürülməsiVaşinqtonda 907-ci düzəlişin sərt icrasını dəstəkləyən sabitkoalisiyanı formalaşdırdı və Ağ Evi İrəvanın maraqlarına, regionalsabitliyin məntiqindən daha çox uyğun gələn bir xəttəitələyirdi.

Amma 2025-ci il 8 avqustda siyasi ton tamamilə dəyişdi. Ağ Evdəkeçirilən mərasimdə ABŞ, Azərbaycan və Ermənistan sülh çərçivəsinivə Ermənistanın cənubu boyunca keçəcək irimiqyaslı tranzitinfrastruktur layihəsini - "Beynəlxalq Sülh və Rifah üçün TrampMarşrutu"nu (Trump Route for International Peace and Prosperity,TRİİP) təqdim etdilər. Sülh prosesi və dəhliz logistikasına zəmanətəsasında Prezident Donald Tramp 907-ci düzəlişin qüvvədən kənaredilməsini uzadan icra aktını imzaladı. Bu qərar eyni anda aparıcıdünya agentliklərinin lentlərinə düşdü, Azərbaycan XİN-in rəsmişərhlərində yer aldı və vurğulandı ki, waiver təkcə bürokratik jestdeyil, böyük siyasi paketın bir hissəsidir.

Hüquqi baxımdan prezident qanunu ləğv etmir, sadəcə Konqresinverdiyi səlahiyyətdən istifadə edərək müəyyən çərçivələr daxilindəonu müvəqqəti tətbiq etmir. 907-ci düzəlişin tam ləğvi yalnızKonqres aktı ilə mümkündür. Amma praktiki müstəvidə yaxın büdcədövrü ərzində birbaşa qadağa dondurulur və ABŞ-nin Azərbaycandövlət qurumları ilə ikitərəfli əməkdaşlıq proqramları üçünkanallar yenidən açılır.

Bu isə o deməkdir ki, 907-ci düzəlişin blokladığı sahələrdəDövlət Departamenti, Pentaqon və digər ABŞ qurumlarının Azərbaycannazirlik və agentlikləri ilə hədəfli işi bərpa olunur: sərhəd vəliman təhlükəsizliyi, mina təmizləmə fəaliyyəti, kritikinfrastrukturun kibermüdafiəsi, dövlət xidmətlərininrəqəmsallaşdırılması, məhkəmə-hüquq islahatları, ixrac nəzarəti,təchizat zəncirlərinin təhlükəsizliyi. Yenidən IMET proqramıçərçivəsində hərbi kadr hazırlığı, uyğunluq və situasiyaməlumatlılığı üzrə məsləhətləşmələr, NADR-in antiterror vəminatəmizləmə layihələri, FMF çərçivəsində müəyyən maliyyələşməelementləri və ABŞ qanunvericiliyinin qüvvədə olan məhdudiyyətləridaxilində digər alətlər əlçatan olur.

İnfrastruktur və investisiya layihələri, o cümlədən TRIPP üçünwaiver siyasi “qırmızı bayraq”ı aradan qaldırır, iri investorlar vəsığorta şirkətləri üçün riskləri azaldır, dəmir yolu, enerji vərəqəmsal magistrallar üçün əlverişli fon yaradır. İnsan kapitalı vətexnologiyalar sahəsində təqaüd proqramları, mübadilə təşəbbüsləri,birgə İT layihələri və süni intellekt üzrə əməkdaşlıqsürətlənir.

Simvolik məna daşıyan bu waiver-in məhz sülh çərçivəsinintəqdimatı və Bakı ilə İrəvanın ATƏT-in Minsk qrupu xətti üzrə birgəbəyanatı günü uzadılması regionda yeni normallıcı təsbit edir: ABŞartıq donmuş münaqişələrin kənar müşahidəçisi deyil, sülhün,infrastrukturun və inteqrasiyanın investoru kimi çıxış edir,Azərbaycan isə geniş Qara dənizdən Mərkəzi Avrasiya qədər olanməkanın əsas tranzit qovşağı və Vaşinqtonun strateji tərəfdaşıstatusunu daha da möhkəmləndirir.

2025-ci il 8 avqust qərarını Azərbaycan üçün müddətsiz“amnistiya” kimi anlamaq olmaz. Prezidentin verdiyi waivermahiyyətinə görə illik mexanizmdir və Ağ Ev onu yalnız məcburiməsləhətləşmələr və Konqresə ətraflı hesabat təqdim etdikdən sonrauzada bilər. Formul sadə, amma sərtdir: hər on iki aydan bir - 60günlük hesabat, profil komitələrlə daimi təmas və ITAR/EAR ixracnəzarəti, eləcə də Leahy qanunları üzrə insan haqları filtrlərindənkeçid.

Siyasi risklər isə qalır: 2023-cü ildə Senat administrasiyanımüvəqqəti olaraq waiver hüququndan məhrum etməyə hazır olduğunugöstərmişdi, 2024-cü ildə oxşar təşəbbüs Nümayəndələr Palatasındada səsləndi. Bu müqavimət ocaqları hələ də yerindədir və onlarısadəcə bəyanatlarla deyil, əsas komitələr və ofislərlə sistemli işaparmaqla neytrallaşdırmaq mümkündür. Ağ Ev isə addımını Public Law107-115 çərçivəsində atdı - burada daimi istisnalar (demokratiyadəstəyi və Title V, TDA, OPIC/DFC, Eximbank proqramları, humanitaryardım), illik "waiver" hüququnun məcburi məsləhətləşmələrlə vəhesabatlılıqla tətbiqi, həmçinin “sülhə ziyan vurmamaq vəErmənistana qarşı hücum məqsədi daşımamaq” kriteriyaları aydınşəkildə təsbit olunub. 1992-ci il Public Law 102-511 ilə birlikdəbu arxitektura, Konqres əks qərar verməyənə qədər sabitqalacaq.

ABŞ üçün 907-ci düzəliş strateji problem idi: o, postsovetməkanında balansı pozur, Azərbaycanı Dövlət Departamentininstandart institusional mexanizmlərindən kənarda saxlayır, bununlada tranzit marşrutları, enerji təhlükəsizliyi və sanksiyalardan yankeçmə yollarına nəzarət kimi kritik zonada təsir imkanlarınıdaraldırdı. Hətta sərt 907-ci rejimdə belə, TDA, OPIC/DFC vəEximbank vasitəsilə müəyyən “carve-out” layihələr həyatakeçirilirdi, amma Bakıdakı dövlət institutları ilə birbaşa əlaqəolmadığından effekt yarımçıq qalırdı. Waiver bu boşluğu aradanqaldırır və bütövlüyü bərpa edir.

Avqust 2025-ə qədər düzəliş həm də siyasi alət idi: diasporkampaniyaları və Konqresdə situativ dəyişkənlik onu yerindəki realvəziyyətdən asılı olmayaraq təzyiq “düyməsinə” çevirirdi. “Sülh +infrastruktur + waiver” paketi bu modeli dağıdır, sərtləşdirmətəşəbbüslərini görünən alternativ yol - ticarətdən təhlükəsizliyəqədər - fonunda qiymətləndirməyə məcbur edir.

Ancaq əsas sınaq hələ qarşıdadır - hesabatlılıq. DövlətDepartamenti 60 gün ərzində Konqresə proqramların hərbi balans vədanışıqlar prosesinə təsiri barədə məruzə təqdim etməlidir. ABŞHesablama Palatası isə 2022-ci ildə bu hesabatların keyfiyyətinitənqid etmişdi. İndi bu zəif nöqtə səhvsiz bağlanmalıdır:sənədlərin hazırlanma səviyyəsi təkcə növbəti waiver üçün deyil,Vaşinqtonda Azərbaycan ətrafında yaranacaq ümumi siyasi fon üçün dəhəlledicidir.

Hətta mövcud azadolma qüvvədə olsa belə, maliyyələşmənin açarıyenə də IMET, NADR, FMF icmalları və 333-cü maddə (Building PartnerCapacity) proqramlarının taleyini müəyyən edən assiqnasiyakomitələrinin əlindədir. Bakı üçün bu, Konqresdə davamlı ikipartiyalı dəstək tələb edir, əks halda bəzi dəstək xətləri büdcəmərhələsində kəsilə bilər. Və nəhayət, siyasi volatillik qalır:S.3000 və H.R.7288 təşəbbüslərinin təcrübəsi göstərir ki, “kranıbağlamaq” ideyası istənilən anda gündəmə qayıda bilər. Deməli,arsenalda hətta opponentlərin belə etiraz edə bilməyəcəyi layihələrolmalıdır - Xəzər limanlarının təhlükəsizliyi, mina təmizləməfəaliyyəti, sərt ixrac nəzarəti altında tranzit. Məhz belə mövzularətrafında həm respublikaçıları, həm də demokratları eyni dəstəkxəttində saxlamaq mümkündür.

Yaxın on iki ay ərzində ABŞ–Azərbaycan Strateji İşçi Qrupununişə düşməsi və “Strateji Tərəfdaşlıq Xartiyası”nın formalaşmasıgözlənilir. Bu sənədin mərkəzində regional bağlantı, rəqəmsaltexnologiyalara və süni intellektə sərmayə, həmçinin müdafiə vəantiterror sahəsində birgə təşəbbüslər dayanacaq. TRIPP layihəsisiyasi bəyannamə mərhələsindən çıxaraq konkret texniki-iqtisadiəsaslandırma paketləri, sığorta mexanizmləri və zəmanət alətlərimərhələsinə keçəcək, təhlükəsizlik proqramları isə - IMET vəNADR-dən tutmuş kritik infrastrukturun kibermüdafiəsinə qədər -Konqres qarşısında gücləndirilmiş hesabatlılıqla praktiki rejimdəicra olunmağa başlayacaq.

Orta müddətli perspektivdə, sülh çərçivəsi qorunduğu halda,Vaşinqton Cənubi Qafqazı sanksiya intizamının dəstəklənməsi,NATO-nun şərq cinahlarının möhkəmləndirilməsi, eləcə də Avropaİttifaqının enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsiüçün strateji investisiya kimi görəcək. Bununla belə, waiver-inhərillik uzadılması prosesi Konqres 907-ci düzəlişi tamamilə ləğvetməyənə və ya yenidən işlənmiş versiyasını qəbul etməyənə qədərsiyasi prosedur olaraq qalacaq. Lakin belə şəraitdə belə, hər biruzadılma Ağ Ev üçün ABŞ hakimiyyət dəhlizlərindəki əsas oyunçularlaincə və davamlı iş tələb edəcək.

Ümumiyyətlə, 907-ci düzəliş 90-cı illərin əvvəllərininməhsuludur - Vaşinqtonun Qafqaz reallığını siyasi konjonkturanıntəhrif olunmuş prizmasından gördüyü dövrün. 2001–2002-ci illərdəyaranmış waiver mexanizmi bu disbalansı qismən düzəltməyə imkanverən kompromis aləti oldu. 2023-cü ilə gəldikdə isə, siyasi rüzgaryenidən Azərbaycanı simvolik şəkildə “cəzalandırmaq” istiqamətindəəsdi, lakin 2025-ci ilin avqustu bərabərliyi yenidən praqmatizməqaytardı: sülh çərçivəsi, tranzit dəhlizi, institusional dialoq vəhüquqi açar kimi 907-ci düzəlişdən azadolmanın uzadılması. Bu,diplomatik xeyriyyəçilik jesti deyil, hər iki tərəf üçün sərt, ammafaydalı çərçivəni quran dəqiq hesablanmış qarşılıqlı fayda alətidir- Xəzər təhlükəsizliyindən və mina təmizləmədən tutmuş rəqəmsalinteqrasiya və ticarətə qədər proqramları əhatə edir.

İndi isə uğurun əsas amili qanun mətnlərində deyil,razılaşmaların icra keyfiyyətində və hesabatlılığınşəffaflığındadır.

Məhz bunlar müəyyən edəcək ki, 2025-ci ilin avqust impulsu dönüşnöqtəsinə çevriləcək, yoxsa ABŞ-nin Qafqaz siyasətinin uzuntarixində sadəcə parlaq, amma ötəri bir epizod olaraq qalacaq.

Seçilən
49
4
az.trend.az

5Mənbələr