Bakı, TurkicWorld
Ankaranın Etimesqut rayonunda səhər saat 07:33-də 3,2 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.
Məlumata əsasən, zəlzələ yerin 4,68 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Zəlzələ Çankaya və Altındağ rayonlarında da hiss olunub.