AZ

Koman bu kluba keçə bilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bavariya”nın vingeri Kinqsli Komanı transfer etmək üçün danışıqları davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi Səudiyyə klubunun ilk 22 milyon avroluq təklifini rədd etsə də, tərəflər əlaqəni kəsməyib.

“Əl-Nəsr” bonuslarla birlikdə təklifi 25 milyon avroya qədər artırıb. “Bavariya” isə hələ ki, bu təklifi cavablandırmayıb.

Koman ötən mövsüm Vinsent Kompaninin rəhbərliyi altında “Bavariya”nın heyətində bütün turnirlərdə 45 oyun keçirərək 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
11
operativmm.az

1Mənbələr