AZ

Errol Mask: Qərb KİV-ləri Rusiyanın vəziyyətini çətinləşdirməyə çalışır, çünki rəqabətdən qorxurlar...

İş adamı, milyarder İlon Maskın atası Qərb mediasının Rusiyaya qarşı mövqeyini tənqid edib...

Poliqon xəbər verir ki, ABŞ iş adamı İlon Maskın atası Errol Mask "RİA Novosti" Agentliyinə verdiyi müsahibədə bildirib ki, Qərb ölkələrinin kütləvi informasiya vasitələri Rusiyanın beynəlxalq siyasi arenadakı ciddi rəqib olması səbəbindən onun vəziyyətini çətinləşdirmək üçün səylər göstərirlər.

Errol Mask vurğulayıb ki, media hadisələri öz istədikləri kimi təqdim edir.

Rusiya isə açıq-aydın ciddi rəqibdir, ona görə də Qərb KİV-ləri vəziyyətini çətinləşdirməyə çalışır,” deyə ata Mask bildirib.

Errol Mask Moskva və Vaşinqton arasında gələcəkdə dostluq münasibətlərinin qurula biləcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 15 avqustda Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşəcək. İki dövlət başçısının Ukrayna münaqişəsinin həlli məsələlərini müzakirə etməsi gözlənilir. Gözlənilən mövzular arasında Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və torpaq mübadiləsi təklifləri də var.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr