AZ

Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə...

“Zəngəzur dəhlizi və ya “Tramp yolu” layihəsi təsadüfən gündəmə gəlməyib, məsələ çoxdan gündəmdə idi”.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

“Bu məsələ üzrə razılaşma təsadüfi deyil. Həm Bayden, həm də Tramp administrasiyası bu istiqamətdə fəal işləyib. Bayden administrasiyasının Bakı və İrəvan nümayəndələrini Ağ Evə necə dəvət etdiklərini, onlarla çoxsaatlıq və çoxgünlük danışıqlar apardıqlarını xatırlayırıq. Əgər əvvəlki komanda bir sıra səbəblərə görə prosesi başa çatdıra bilməyibsə, Donald Trampın işgüzarlığı və son illərdə dəyişən geosiyasi vəziyyət bu layihəyə güclü təkan verib.

Plana görə, bu, təkcə dəmir yolu və avtomobil yolu deyil, həm də fiber-optik xətt, eləcə də neft-qaz kəmərləri olacaq.

Fikrimcə, bu, ilk növbədə ona görə maraqlıdır ki, söhbət Rusiya və İrandan yan keçməklə, Orta dəhliz adlanan yerin Qafqaz hissəsinin yekun layihəsindən gedir və bu, ümumi konfiqurasiyanı təkcə iqtisadi deyil, həm də hərbi-siyasi baxımdan ciddi şəkildə dəyişir”, - ekspert bildirib.

Areşev qeyd edib ki, Donald Trampın və komandası bu layihə üzərində çox ciddi işləyir.

Rusiyalı analitik hesab edir ki, yolun açılması Türkiyəni Cənubi Qafqazda daha da gücləndirəcək:

“Bəli, bu, belə də olacaq. Bu, Türkiyənin bölgədəki mövqelərini möhkəmləndirmək səylərinin yeni mərhələsidir. Ərdoğan Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu heç vaxt inkar etməyib”.

Seçilən
60
publika.az

1Mənbələr