“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi tanınmış aktrisa Mehriban Zəkiyə 4 000 AZN ödəyəcək.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu ödəniş Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvü olaraq təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsi xidmətinə görədir.