ranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Azərbaycan, ABŞ və Ermənistan liderlərinin avqustun 8-də keçirilən Vaşinqton görüşündə imzalanmış Birgə Bəyannamədən danışıb. O, Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı ilə açılmasının İranın maraqlarına zidd olduğunu iddia edib. Vilayəti ərazinin ABŞ-ın icarəsində ola bilməyəcəyini vurğulayıb və regionda təhlükəsizliklə bağlı xəbərdarlıq edib.
“Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”, – deyə Vilayəti bildirib.
İran dəhlizə mane olmaq üçün nələr edə bilər?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu açıqlama Tehran rəhbərliyinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə qarşı sərt mövqeyini açıq şəkildə göstərir:
“Vilayətinin ritorikası həm ABŞ-ın regiondakı roluna, həm də Azərbaycanın Naxçıvana maneəsiz quru yol əldə etmək planına yönəlib. İranın bu layihəyə mane olmaq üçün atacağı addımlar əsasən siyasi, diplomatik və məhdud texniki səviyyədə ola bilər. Tehran ilk növbədə Moskva ilə koordinasiyaya gedərək, layihənin beynəlxalq legitimliyinə kölgə salmaq və onu təhlükəsizlik riski kimi təqdim etməyə çalışa bilər. Eyni zamanda, Ermənistan daxilindəki müəyyən siyasi dairələr və regiondakı İranpərəst media kanalları vasitəsilə antilayihə kampaniyaları gücləndirilə bilər. Həmçinin, İran sərhəd xəttinə əlavə hərbi kontingent yerləşdirərək, simvolik də olsa güc nümayişi göstərə bilər”.
Politoloq bildirib ki, Azərbaycana birbaşa hərbi təhdid ehtimalı hazırda aşağıdır:
“İranın əsas məqsədi silahlı qarşıdurmaya getməkdən daha çox, diplomatik təzyiq və informasiya müharibəsi vasitəsilə layihənin qarşısını almaqdır. Lakin Tehran bu məsələni geosiyasi “qırmızı xətt” kimi təqdim etdiyi üçün prosesin gedişində gərginlik artarsa, sərhəd boyunca hərbi infrastrukturun gücləndirilməsi və sərhəd insidentləri ehtimaldan kənar deyil.
Ümumilikdə, İranın manevr imkanları məhduddur. Azərbaycan layihəni beynəlxalq tərəfdaşlarla – xüsusən ABŞ və digər “üçüncü tərəflərlə” – reallaşdırdığı halda, Tehranın təzyiqləri ciddi strateji nəticə verməyəcək”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta