AZ

SON DƏQİQƏ! Amerika ordusu İrəvanda

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi-nəqliyyat təyyarəsi birgə təlimlərdə iştirak edəcək hərbçiləri gətirmək üçün İrəvana enib.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, söhbət “Qartal tərəfdaş – 2025” təlimlərindən gedir. 

Qeyd edək ki, bu təlimlər 12–20 avqust tarixlərində Ermənistanda keçiriləcək.
 

Təlimlərdə Ermənistanın sülhməramlı briqadası, ABŞ-ın Avropa və Afrika qoşunları, eləcə də Kanzas ştatının Milli Qvardiya bölmələri iştirak edəcək. Manevrlər çərçivəsində sülhməramlı tapşırıqların icrası, xüsusilə də tibbi təxliyə prosedurlarına diqqət yetiriləcək.


Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı əlaqəsini artırmaq, idarəetmə və taktiki rabitə üzrə qabaqcıl təcrübə mübadiləsi aparmaq, həmçinin Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin hazırlıq səviyyəsini yüksəltməkdir.

Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr