AZ

MİQ-də vakansiya seçimi başa çatır

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi bu gün yekunlaşır.

Bakıvaxtı.az  Modern.az-a istinadən xəbər veir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Belə ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini yekunlaşdırmalıdırlar.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Seçilən
28
49
bakivaxti.az

10Mənbələr