AZ

Dəhşətli avtomobil qəzasından üç nəfər yanaraq öldü

Yazını böyüt
Yazını kiçilt

Rusiyada, Dağıstanın Tarumovski rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Həştərxan-Mahaçqala yolunun 258-ci kilometrliyində "Lexus" markalı avtomobilin sürücüsü qarşıdakı hərəkət zolağına çıxaraq "Lada Vesta" markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən "Lada" alovlanıb və tamamilə yanıb. Qəza nəticəsində "Lada Vesta"nın sürücüsü və 2 sərnişini hadisə yerində ölüb, "Lexus"un sürücü və 2 sərnişini isə xəstəxanaya aparılıb.

Hadisənin baş vermə şəraiti, avtomobil qəzası iştirakçılarının sayı və şəxsiyyəti dəqiqləşdirilir.

Seçilən
23
hafta.az

1Mənbələr