AZ

Avropanın ən böyük dəmir dövrü dəfinəsi tapılıb

Bosniyada qədim ticarət yolları və iqtisadi əlaqələrə işıq tutan nadir arxeoloji kəşf edilib...

Poliqon xəbər verir ki, Bosniya və Herseqovinada arxeoloqlar Sava çayı sahilində 2000 ildən çox yaşı olan böyük dəmir slitinlərinin tapıldığı qədim dəfinə aşkar ediblər. Arkeonews nəşrinin məlumatına görə, bu bərabər həcmli dəmir slitinləri dəmir dövrünün sonlarında qədim dəmirçi ustaları tərəfindən alətlər və silahlar hazırlamaq üçün istifadə olunub.

Fransa, Almaniya, Sloveniya və Sarayevoda muzey kolleksiyalarında bəzi belə nümunələr olsa da, bu yerdə yüzlərlə slitin tapılması onu Avropanın ən zəngin və nadir arxeoloji mənbələrindən birinə çevirir. İlk tapıntıları yerli tarix həvəskarı Per Matkiç sənədləşdirərək ictimaiyyətə təqdim edib və bu, peşəkar tədqiqat qruplarının sürətlə cəlb olunmasına səbəb olub.

Hazırda qazıntılar Xorvatiya Konservasiya İnstitutundan Krunoslav Zubçic və Xorvatiya Dağ Xilasetmə Xidmətindən Nikitsa Spudiç tərəfindən, Fransiskan Monastır Muzeyinin direktoru Yozo Yezerçiçin nəzarəti altında aparılır.

Yezerçiç qeyd edib ki, slitinlər ehtimal ki, La-Ten mədəniyyəti ilə erkən Roma dövrü arasında, yəni eramızdan əvvəl I və ya II əsrə aid edilir. Tədqiqatçılar hesab edir ki, bu dəmir yükü çay qəzası nəticəsində batıb və uzun illər çöküntülər altında qalıb.

Arxeoloqlar tapılan ərazinin 3D modelləşdirilməsi üçün xəritələmə və fotogrammetriya metodlarından istifadə ediblər. Hər bir tapıntı xüsusi olaraq götürülüb, təsvir olunub və qorunması üçün distillə edilmiş suda saxlanılır.

Dəmirin mənşəyini araşdırmaq üçün alimlər artefaktların kimyəvi tərkibini təhlil etməyi planlaşdırır. Bu isə Bosanski Posavina ilə Mərkəzi Avropa arasında qədim ticarət yollarının xəritələşdirilməsinə kömək edəcək. Zubçicin sözlərinə görə, bu tapıntılar Roma genişlənməsindən əvvəl mövcud olan iqtisadi əlaqələr barədə yeni məlumat verə bilər.

Bu kəşf təkcə Sava çayının qədim ticarətdə rolunu göstərmir, həm də Bosanski Posavinanı Avropanın arxeoloji tarixində mühüm bir mərkəzə çevirir. Tədqiqatçılar hesab edir ki, bu tapıntı bölgənin Avropa arxeologiyasındakı əhəmiyyətini yenidən qiymətləndirməyə səbəb olacaq.

15 avqustda Putin və Tramp Alyaskada görüşəcək. Əsas mövzu Ukraynadakı sülh prosesi olacaq. Müzakirələrdə torpaqların dəyişdirilməsi və Kiyevin NATO-ya üzvlükdən imtina etməsi kimi təkliflər ola bilər. Bu fonunda Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkə konstitusiyası hər hansı ərazi güzəştlərini istisna edir.

Poliqon.info

Seçilən
49
50
poliqon.info

10Mənbələr