AZ

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində beş jurnalist həlak olub

Qəzzada İsrail ordusunun hücumu nəticəsində “Əl-Cəzirə” telekanalının beş əməkdaşı həyatını itirib...

Poliqon xəbər verir ki, Qətər telekanalının məlumatına görə, ölənlər arasında müxbirlər Ənəs əş-Şərif və Məhəmməd Krəyke, operatorlar İbrahim Zahir, Məhəmməd Nufəl və Moamən Əlivə də var. Onlarla birlikdə daha iki nəfər də həlak olub. İsrail ordusu 28 yaşlı Ənəs əş-Şərifin “Həmas” hərəkatının “terrorçu hücrəsini” idarə etdiyini iddia edir. Hərbçilərin açıqlamasına görə, o, İsrailin dinc əhalisinə və ordunun mövqelərinə raket zərbələrinə cavabdeh olub və “Əl-Cəzirə” ilə əməkdaşlığı guya bu fəaliyyətini ört-basdır etmək üçün istifadə edilib. Ordunun mətbuat xidməti hücumdan əvvəl Qəzzada mülki əhalinin zərərini minimuma endirmək üçün tədbirlər görüldüyünü bildirib.

“Əl-Cəzirə” rəhbərliyi isə bəyan edib ki, İsrail Qəzzada fələstinli jurnalistləri mütəmadi olaraq “Həmas”a bağlılıqda ittiham edir. Telekanalın məlumatına görə, 2023-cü ildən bəri İsrail ordusunun əməliyyatları nəticəsində 200-dən çox jurnalist və media işçisi həlak olub. Onların arasında “Əl-Cəzirə” əməkdaşları və onların qohumları da var.

İyul ayında “Jurnalistləri Müdafiə Komitəsi” Ənəs əş-Şərifin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə edib. Qurumun məlumatına görə, o, İsrail ordusunun qarayaxma kampaniyasının hədəfinə çevrilib. Bildirilib ki, “28 yaşlı jurnalist müharibənin əvvəlindən etibarən Qəzzadan beynəlxalq auditoriya üçün əsas xəbər mənbələrindən biri olub”.

Poliqon.info

Seçilən
12
9
poliqon.info

10Mənbələr